"Türkiyəyə qaçmaq istəyərkən..." - Bir-birinə qoşulub qaçan qızlardan xəbər

img

27-04-2017 [15:49]


Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.

Mia.az xəbər verir ki, azxeber.com-a danışan qızların tələbə yoldaşları hər iki tələbənin Gəncə Dövlət Universitetinin "Xarici dillər" fakültəsində təhsil aldığını deyib. Aysel adlı qız fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Lalə adlı qız isə Fransız dili ixstisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.

Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi "sevgi" münasibəti olmayıb. Lalə adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib. Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.

Məlumata görə, 2-ci kurs tələbəsi olan Ayselin ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Xəbərdə məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini "sevirmiş".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı