DYP-dən 2 nəfərin ölümü, 5-nin yaralanmasına səbəb olan qəza ilə bağlı rəsmi - Açıqlama

img

27-04-2017 [15:11]


Alət-Astara yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, hadisə Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb:

"Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına məxsus 99 YP 921 dövlət nömrə nişanlı avtomobil 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Mercedes"in ön oturacağında əyləşmiş sərnişin həlak olub”.

K.Əliyevin sözlərinə görə, ölənlər arasında polis əməkdaşı yoxdur:

"DYP maşınını idarə edən sürücü, "Mercedes"in sürücüsü və daha bir sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara davam edir".

Xatırladaq ki, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Onlar aşağıdakılardır:

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib. 

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil(Report). 


Digər xəbərlər
SON XƏBƏRLƏR