11 saylı məktəbdə “Torpaq günü” qeyd olundu

img

26-04-2017 [12:07]


Hər il aprel ayının 22-də Ümumdünya "Torpaq günü” kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində, müxtəlif səviyylərdə maraqlı tədbirlər keçirilir. Həmin tədbirlər öz rəngarəngliyi və mövzu əhatəsi ilə seçilir. 

Təbiət, ətraf mühit, yeraltı və yerüstü milli sərvətlər haqqında məlumat verilir, iməciliklər keçirilir, abadlıq işləri aparılır.

"Torpaq günü” Sumqayıt şəhər 11 saylı tam orta məktəbində də keçirilmişdir. Təşəbbüskar Azərbaycan "Humanizm pedaqogikası” mərkəsinin 11 saylı orta məktəbdə fəaliyyət göstərən "Humanizm pedaqogikası” laborotoriyası, onun rəhbəri Fəridə Şirinova olmuşdur. "Torpaq günü”nə əvvəlcədən hazırlıq görülmüş, tədbirlər planı işlənib hazırlanmışdır. Aprelin 22-də məktəbin müəllim və şagird heyəti böyük həvəslə iməcilik keçirmişlər. Siniflər və otaqlar səliqəyə salınmış, məktəbyanı yaşıllıqlara qulluq göstərilmiş, 100-ə yaxın ağac əkilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR