Şriftin ölçüsü / 367 dəfə oxunub

İTV-yə yeni rəhbər seçildi

25 Aprel 2017 [15:32]
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı müəyənləşib.

Növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirəcəyi iclasında məlum olub.

Yeni baş direktoru Yayım Şurasının üzvləri səsvermə ilə seçib.

Səsvermə nəticəsində Cəmil Quliyev yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd vermişdi. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.



SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar