Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlandı

img

24-04-2017 [12:52]


Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.

Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR