Olland prezidentliyə namizədə zəng etdi - Qələbə təbriki

img

24-04-2017 [00:30]


Fransa prezidenti Fransua Olland keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona zəng edib və onu prezident seçkilərinin I turunda qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə "Reuters" agentliyi Yelisey sarayındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız qısa şəkildə seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.

Qeyd edək ki, araşdırma institutlarının sonuncu qiymətləndirmələrinə əsasən, prezident seçkilərinin ikinci turuna keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və "Milli Cəbhə"nin lideri Marin Le Pen çıxıb. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub