Ermənistanda rus əsgəri qətlə yetirilib

img

22-04-2017 [22:41]


Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya bazasının əsgəri qətlə yetirilib. 

Mia.az Trend-ə istinadən xəbər verir ki, saat 17:30 radələrində Gümrü təcili yardım stansiyasına Kursk meydanında Rusiya hərbi formasında həyat əlamətləri olmayan kişinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn həkimlər kişinin ölümünü qeydə alıblar.

Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, ilkin məlumatlara görə, ölən rusiyalı hərbçidir. Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Rusiyanın Ermənistanda olan hərbi bazasının nümayəndələrindən hələlik şərh almaq mümkün olmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR