“Qara bazar”da dollar ucuzlaşdı

img

21-04-2017 [11:00]


Valyuta hərracından sonra "qara bazar”da dollar yenidən ucuzlaşıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 21-də səhər saatlarında dolların alışı 1.6500 manatdan 1.6600 manata, satışı isə 1.6800 manatdan 1.6650 manata qədər aşağı düşüb.

"Dollar alverçiləri” bildirirlər ki, ucuzlaşmaya səbəb ABŞ valyutasını alanların azalmasıdır: "Həm alan yoxdur, əlində dollar olan vətəndaş isə onu əvvəlcə baha aldığı üçün satmaq istəmir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR