Şriftin ölçüsü / 99 dəfə oxunub

Türkiyə aviasiyası PKK obyektlərini bombaladı, 11 terrorçu məhv edildi

20 Aprel 2017 [10:48]
Türkiyə Hərbi Hava Qüvvələri Şırnakın Bestler-Dərələr bölgəsidəki PKK hədəflərini bombalayıb.

"Qafqazinfo” xəbər verir ki, hava zərbələri zamanı 11 terrorçu məhv edilib. Əməliyyat vaxtı qaçan 2 PKK üzvü isə kobra helikopterlərinin atəşi nəticəsində zərərsizləşdirilib.

Ərazidə əməliyyatların davam etdiriləcəyi bildirilib.


SON XƏBƏRLƏR