20-04-2017 [10:09]
Azərbaycanda "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb.
Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək. Bu haqda Modern.az-a danışan İqtisadçı Natiq Cəfərli deyib ki, "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi ilə Azərbaycanda fiziki şəxslərə valyutadəyişmə məntəqəsi yaratmaq səlahiyyəti verilir.
N.Cəfərli bildirib ki, dəqiq müdəalar qanun qəbul olunduqdan sonra məlum olacaq:
" Təklif edilən dəyişiklik valyutadəyişmə məntəqələrinin yenidən açılması anlamına gəlir. Valyutadəyişmə məntəqəsinin fəaliyyət göstərməsi üçün xüsusi tələblər var: seyf qapı, seyflər, siqnalizasiya və s. Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə valyutadəyişmə məntəqəsi işlədə biləcək. Yəni fiziki şəxslər banka bağlı olmadan birbaşa fəaliyyət göstərə biləcəklər”.
Ekspertin sözlərinə görə, qanuna edilən dəyişiklikdə məqsəd qapadılmış valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətinə hesablanıb:
"Əslində doğru olan da budur. Valyutadəyişmə məntəqələrinin bağlanması heç bir iqtisadi effekt vermədi, əksinə bazarda panikanı artırdı, "qara bazar”ın yaranmasına təkan verdi. Eyni zamanda vətəndaşlara, turistlərə axşam saat 6-dan sonra valyuta dəyişməkdə çətinlik yaratdı. Çox güman ki, əvvəlki valyutadəyişmə məntəqələrinin bir çoxu açılacaq. Çünki onlar tələb edilən kriteriyalara uyğundur, seyflə, seyf qapı ilə, gülləkeçirməz şüşə ilə təmin olunmuşdu.
Mənim fikrimcə, valyutadəyişmə məntəqələrinin yenidən açılması "qara bazar”ı tamamilə aradan qaldıracaq. Çünki "qara bazar”ın yaranmasının yeganə səbəbi bankların iş saatları ilə vətəndaşların tələblərini ödəməməsindən irəli gəldi. Azərbaycanda 1990-cı illərdə də "qara bazar” var idi. Valyutadəyişmə məntəqələrinin yaranması ilə "qara bazar” sıradan çıxdı. Əminliklə deyə bilərik ki, bu dəfə də valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması”qara bazar”ı sıradan çıxaracaq”.
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay