Azər­bay­can­da bo­şan­ma­lar ye­ni ni­kah­lar­dan 2,5 də­fə az­dır, am­ma...

img

19-04-2017 [13:00]


Hər qu­ru­lan üç ai­lə­dən iki­si çox keç­mə­dən da­ğı­lır. Son il­lər Azər­bay­can­da bo­şan­ma­la­rın sa­yı kəs­kin ar­tır. İl­dən-ilə ar­tan rə­qəm­lər cə­miy­yət üçün təh­lü­kə­li ten­den­si­ya­nın ya­ran­ma­sın­dan xə­bər ve­rir.

Sta­tis­ti­ka...

2008-ci il­də Azər­bay­can­da 79 964 ni­kah və 7 933 bo­şan­ma;

2009-cu il­də 78 072 ni­kah və 7 784 bo­şan­ma;

2010-cu il­də 79 172 ni­kah və 9 061 bo­şan­ma;

2011-ci il­də 89,4 min ni­kah və 10,6 min bo­şan­ma;

2012-ci il­də 78 480 ni­kah və 11 min 182 bo­şan­ma;

2013-cü il­də 86 852 ni­kah və 11 730 bo­şan­ma;

2014-cü il­də 84 912 ni­kah, 12 088 bo­şan­ma;

2015-ci il­də 68985 ni­kah, 12886 bo­şan­ma;

2016-cı il­də isə 13 100 bo­şan­ma fak­tı qey­də alı­nıb.

Ca­ri ilin iki ayın­da Əd­liy­yə Na­zir­li­yi­nin ra­yon (şə­hər) qey­diy­yat şö­bə­lə­ri tə­rə­fin­dən 8476 ni­kah və 2422 bo­şan­ma hal­la­rı qey­də alı­nıb. Əha­li­nin hər 1000 nə­fə­ri­nə ni­kah­la­rın sa­yı 5,4, bo­şan­ma­la­rın sa­yı isə 1,5 olub.

Bu ge­diş­lə ilin so­nu­na ki­mi bo­şan­ma­la­rın sa­yı­nın da­ha da ar­ta­ca­ğı eh­ti­mal olu­nur.

Bo­şan­ma­la­rın gü­nü-gün­dən art­ma­sı­nı eks­pert­lər müx­tə­lif cür izah edir. On­la­rın fik­rin­cə, bu­na sə­bəb ai­lə qu­ran gənc­lə­rin bir-bi­ri­lə an­la­şa bil­mə­mə­si, so­si­al qay­ğı­la­rın art­ma­sı, son­suz­luq və di­gər fakt­lar­dır.

Psi­xo­loq Kö­nül Va­qif­qı­zı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bo­şan­ma­la­rın art­ma­sı sə­bəb­lə­rin­dən bi­ri cüt­lük­lə­rin bir-bi­ri­ni ta­nı­ma­dan ai­lə qur­ma­sı­dır: "Bu gün gənc­lər, sa­də­cə, ai­lə qur­maq adı üçün bu ad­dı­mı atır. Qız və ya onun ai­lə­si dü­şü­nür ki, kim olur-ol­sun, ye­tər ki, onun qı­zı ərə get­sin. Be­lə bir fi­kir for­ma­la­şıb ki, oğ­la­nın evi və ya az miq­dar­da gə­li­ri var­sa, ai­lə qı­zı­nı o şəx­sə ver­mə­yə ha­zır­dır. Ha­zır­da in­san­la­rı an­caq mad­diy­yat dü­şün­dü­rür. Ai­lə qu­ra­caq gənc­lə­rin bir-bi­ri­ni ba­şa düş­mə­si­ni, on­la­rın ne­cə yo­la ge­də­cə­yi­ni fi­kir­ləş­mir­lər.

Bu cür ev­li­lik­lə­rin son yo­lu ək­sə­rən məh­kə­mə­dən ke­çir. Çün­ki on­lar bir-bi­ri­ni ta­nı­ma­dan ev­lə­nir, sırf ai­lə­lə­ri is­tə­di de­yə. Və son­da bu cür ni­kah ay­rı­lıq­la bi­tir".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, bu gün ai­lə qu­ran bə­zi cüt­lük­lər, sa­də­cə, to­ya qə­dər olan pro­se­si fi­kir­lə­şir, san­ki on­dan son­ra­kı pro­ses ai­lə hə­ya­tı­na da­xil de­yil. Ai­lə­nin ilk il­lə­rin­də adap­ta­si­ya döv­rü ya­şa­nır. Ev­li­li­yə qə­dər­ki müd­dət­də bə­zi xü­su­siy­yət­lə­ri giz­lət­mək müm­kün­dür, la­kin ilk üç il­də mü­na­si­bət­lə­rin gö­rün­mə­yən tə­rəf­lə­ri də or­ta­ya çı­xır. Ev­li­li­yin 3-cü və 7-ci ili böh­ran döv­rü he­sab olu­nur və bu­ra­da ai­lə ins­ti­tut­la­rı­nın ro­lu əhə­miy­yət­li­dir. Bo­şan­ma­la­ra tə­sir edən əsas fak­tor­lar­dan bi­ri də müa­sir ai­lə­lər­də uşa­ğın sa­yı­nın az ol­ma­sı­dır. Ha­zır­da bi­zim ai­lə­lər­də ən ço­xu 2 və ya 3 uşaq olur.

K.Va­qif­qı­zı onu da qeyd et­di ki, bo­şan­ma­la­rın di­gər sə­bəb­lə­rin­dən bi­ri də qız­la­rın ai­lə qu­ran­dan son­ra ya­şa­dıq­la­rı hər bir çə­tin­lik ba­rə­sin­də ana­sı­na və ya öz doğ­ma­sı­na xə­bər ver­mə­si­dir: "Mə­sə­lən, qa­dı­nın əri evə gec gə­lir, ona diq­qət gös­tər­mir və di­gər hal­lar ya­şa­nan­da qız bu hal­la­rı ana­sı­na xə­bər ve­rir. Tə­bii ki, o da ana ol­du­ğu üçün, qı­zı­nın ya­şa­dı­ğı çə­tin­li­yə döz­mə­yə­rək onun ay­rıl­ma­sı­nın va­cib ol­du­ğu­nu de­yir".

Psi­xo­lo­qun söz­lə­ri­nə gö­rə, son za­man­lar Azər­bay­can ai­lə­si­nin bir qis­mi möh­kəm de­yil: "Çün­ki, gül­mə­li ol­sa da, bu gün ki­şi­lər elə bil cı­lız­la­şıb, ai­lə­ni ida­rə et­mək və sax­la­maq ba­ca­rı­ğı aza­lıb. Mən qa­dın­la­rın öz hü­quq­la­rı­nı bil­mə­si və cə­miy­yət­də ro­lu­nun get-ge­də art­ma­sı­nı müs­bət, ki­şi­lə­rin isə doğ­ru­dan da cı­lız­laş­ma­sı­nın mən­fi bir hal ol­du­ğun de­yər­dim. Bo­şan­ma mən­fi hal ki­mi qə­bul olun­ma­ma­lı­dır. Bo­şan­ma bə­zən bö­yük fa­ciə­lər­dən çı­xış yo­lu­dur. O pis ol­sa, ona nə din, nə də qa­nun yol ver­məz­di. Bə­zən bü­tün öm­rü bo­yu zo­ra­kı­lı­ğa mə­ruz qal­maq­dan­sa və bu­na dö­züm gös­tər­mək­dən­sə, bo­şan­ma da­ha yax­şı­dır. Am­ma bu­nun bə­zən men­ta­li­te­tə uy­ğun ol­ma­dı­ğı bil­di­ri­lir. Be­lə ki, cə­miy­yət­də uzun müd­dət be­lə bir fi­kir ya­ra­nıb ki, qız ərə ge­dib­sə, hə­min ev­dən an­caq me­yi­ti çı­xa bi­lər, am­ma bu fi­kir o qə­dər də düz­gün de­yil. İki nə­fə­rin bir yer­də ya­şa­ma­sı müm­kün de­yil­sə, çı­xış yo­lu bo­şan­ma­dır".

K.Va­qif­qı­zı he­sab edir ki, prob­le­min qar­şı­sı­nın alın­ma­sı yol­la­rın­dan bi­ri də bo­şan­ma ilə bağ­lı pro­se­dur­la­rın çə­tin­ləş­di­ril­mə­si­dir.



Digər xəbərlər
SON XƏBƏRLƏR