Ermənilər Ağdamda hərbi təlim keçirir

img

14-04-2017 [15:11]


Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimi davam etdirirlər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər dünəndən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.
Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR