Banklar gücləndirilmiş iş rejiminə keçdi

img

14-04-2017 [11:12]


İlk dəfə keçirilən "Bakı Ticarət Festivalı” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprel ayının 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından Mia.az-a verilən məlumatda bildirilib.

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:



Digər xəbərlər
SON XƏBƏRLƏR