Siyasi fəal Hamlet Səfixanlı vəfat edib...

img

13-04-2017 [23:06]


Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü, siyasi fəal Hamlet Səfixanlı vəfat edib.

Musavat.com xəbər verir ki, Hamlet Səfixanlı nəfəs çatışmazlığından dünyasını dəyişib. Mərhum ağ ciyərində yaranan tromblaşmadan əziyyət çəkirmiş.

Qeyd edək ki, Hamlet Səfixanlı 1972-ci ildə anadan olub. Gənc yaşlarından siyasi fəaliyyətlə məşğul olan Hamlet Səfixanlı 1993-cü ildən, yəni cəmi 21 yaşından Müsavat partiyası Cəbrayıl rayon təşkilatına rəhbərlik edib. Bu vəzifəni 2013-cü ilə qədər davam etdirib.

2014-cü ildə isə o, Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulub və təşkilatın İdarə heyətinin üzvü, həmçinin Maliyyə departamentinin rəhbəri vəzfəsini daşıyıb.

Hamlet Səfixanlının kiçik yaşlarında bir oğlu var.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR