DSX sərhədi pozan iki İran vətəndaşını saxladı

img

13-04-2017 [16:16]


Ötən gün Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamə­tin­də həyata keçirilən tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Bu barədə Mia.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının bu gün birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublika­sından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX-da əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR