Magistratura üzrə ölkə rekordçuları

img

13-04-2017 [11:13]


Qalib Sarayev 8 aprel 1995-ci ildə Balakən rayonunda anadan olmuşam. Balakən şəhəri Humanitar ve Texniki təmayüllü liseyi qızıl medalla bitirib, 1-ci ixtisas qrupu üzrə imtahan verərək 667 balla ali məktə (qəbul olmuşam.

DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplamışam. Magistratura imtahanına özəl hazırlıq mərkəzlərindən birində 7 ay hazırlaşmışam. Məqsədim ən yüksək bal toplayaraq birnici olmaq idi. Nəzərə alsaq ki, imtahanda sualların bir hissəsi informatika fənnindən idi, təbii ki, oxuduğum universitetin, ixtisasımın çox faydası oldu. Özümə olan güvənim səbəbilə ikinci mərhələdə də yüksək bal toplayacağıma inanıram. İkinci turu da müvəffəqiyyətlə keçib İT sahəsində birinci olduğu üçün Bakı Mühəndislik Universitetini seçəcəm. Gələcəkdə təhsilimi xaricdə davam etdirib bu sahədə ölkəmizin inkişafına xidmət etmək istəyirəm.

Orta məktəbi Qızıl medalla bitirib, Universiteti 5 il ərzində "Prezident Təqaüdü” ilə oxudum

Mən Yaşar Nəsibov Mənsur oğlu 1995-ci ildə Şəki şəhərində anadan olmuşam. 2012-ci ildə Şəki şəhər Nizami adına 7 saylı tam orta məktəbi Qızıl medalla bitirib, 679 balla ali məktəbə qəbul olmuşam. Universitet müəllimlərinin obyektiv yanaşması nəticəsində 5 il ərzində "Prezident Təqaüdü” ilə oxudum. Təhsilimi magistratura pilləsində davam etdirməyi düşünürdüm, lakin ən əsası Respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün kurs axtarışına başladım və ən məsləhətli kursda hazırlaşmağı qərara aldım .

Sentyabr ayında hazırlıqlara start verdim. Düzdür ilk öncə çətinliklərim oldu, iş, dərs və kurs bir arada çox çətin olurdu . Ancaq zaman keçdikcə müəllimlərin səmimiliyi, daima tələbələri diqqət mərkəzində saxlamağı, bizim hər birimizə xüsusi diqqət göstərməyi sayəsində çətinliklərin öhtəsindən asanlıqla gəldim. Uğur qazanmaq üçün ailənin və yaxın insanların dəstəyi çox böyük amildir, bütün müəllimlərimə, mənə dəstək olan hamıya sonsuz təşəkkürümü bildirirəm.

Əsas prioritet mənim üçün ilk turda yüksək nəticə göstərmək idi, ancaq təbii ki, 2-ci tur üçün də hazırlaşacağam. İlk turda mümkün 100 baldan 99 bal topladım. Ümid edək ki, yaxşı olar. Bakı Mühəndislik Universitetinin MBA səviyyəsi üzrə təhsil almaq istəyirəm.

İmtahana hazırlaşanlara tövsiyyəm odur ki, bu günün işini sabaha qoymasınlar. Əgər qarşıya məqsəd qoyulubsa, onun üçün əlindən gələni etmək lazımdır. Geri qalanı qismət işidir.

1-ci turda uğurlu nəticə göstərən bütün tələbələri təbrik edirəm, kəsilənlər üzülməsinlər. Dünyanın sonu deyil, bu dəfə olmasın gələn dəfə qəbul olarlar. Uğurlar hamıya!

Son olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Mühəndislik Universitetinin müəllim heyətinə, hazırlaşdığım kursun kollektivinə təşəkkürümü bildirirəm.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR