“Ermənilərdə əqidə yoxdur” - Şeyxdən sərt ittiham

img

12-04-2017 [12:20]


"Heç bir düşmən müsbət məqsəd üçün məscidi bərpa etməz. Məscidi əqidəsinə görə bərpa edə bilərlər. Amma ermənilərdə əqidə yoxdur”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Şuşada Gövhər Ağa məscidinin bərpası ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, ermənilər məscidi təxribat xarakterli olaraq "təmir” edə bilərlər: "Ona görə biz buna etiraz etmişik. Bu il bizim Rus Pravoslav kilsənin rəhbəri patriarx Kiril, erməni katalikosu Qaregin və mənim üçlü görüşümüz ola bilər. Bu görüşü təşkil etmək üçün xüsusi komissiya yaradılıb və o komissiya işləyir. Ola bilsin ki, gələcəkdə komissiyada suallardan biri də bu məscidin bərpası ilə bağlı olsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR