Xalq artisti oğurluqda ittiham olunur - VİDEO

img

11-04-2017 [21:55]


Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb.

Mia.az xezerxeber.az-a istinadən məlumatına görə, aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir. 
Xalq artisti Ramiz Məmmədov məsələ ilə bağlı bildirib ki, onun tapdığı başqa bir əşya olub və o, bu əşyanı toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Kamera görüntülərində görünən, sadəcə Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR