Maşallah Əhmədovun məhkəməsində mübahisə düşdü - Hakimdən xəbərdarlıq

img

11-04-2017 [16:47]


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
 
APA-nın məlumatına görə, prosesdə M. Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə düşüb. 

M. Əhmədov Y. Əzizovu yalan danışmaqda ittiham edib. 

Hakim M. Əhmədova xəbərdarlıq edib. Bildirib ki, bir daha qaydalara əməl etməsə, iclas onun iştirakı olmadan aparılacaq.
 
Proses aprelin 18-də davam edəcək.
 
 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR