Dənizdə itkin düşmüş daha bir neftçinin cəsədi tapıldı - Qərargahdan açıqlama

img

11-04-2017 [15:31]


"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində aprelin 9-da meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru” vəzifəsində çalışmış, 1967-ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğlu olduğu müəyyən edilib.
 
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR