Müsavatın iki rayon təşkilatı buraxıldı

img

10-04-2017 [19:07]


Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının seçkili orqanları buraxılıb və 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Müsavat Partiyası Divanının bu gün keçirilmiş iclasında qərar verilib.

Bundan başqa, partiyanın Xızı rayon təşkilatında Təşkilat Komitəsi buraxılaraq 5 nəfərdən ibarət yeni Təşkilat Komitəsi yaradılıb.

Hər iki Təşkilat Komitəsinə bu il iyulun 1-dək rayon təşkilatı strukturlarının, seçkili orqanlarının formalaşdırılması tapşırığı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR