Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək

img

09-04-2017 [15:40]


Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ciiclasında məruzə ilə çıxış edəcək. 

Deputat iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.

Mia.az xəbər verir ki, Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıdahabelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR