S-400-lər Suriyanı ABŞ-dan niyə qorumadı?

img

09-04-2017 [15:23]


ABŞ-ın Suriyadakı Şayrat hərbi bazasına endirdiyi zərbələrə Rusiya S-400 və S-300 raketləri ilə müdaxilə edə bilməyib.

Türkiyənin "Yeni Şəfəq” qəzetinin məqaləsində rəsmi Moskvanın yalnız sərt reaksiya göstərməklə cavab verildiyi bildirilib.

Məqalədə vurğulanır ki, ABŞ-ın Şayrata hücumundan sonra Rusiya Lazkiyə şəhərində yerləşən Hmeymim hərbi bazasında mövqeyini daha da gücləndirib. Rusiya bölgəyə 2 min hərbçi, 32 hərbi təyyarə, 16 helikopter, 9 tank və 2 qurudan atılan raket əleyhinə müdafiə sistemi yerləşdirib.

Rusiya mediasına görə, ABŞ-ın əməliyyatda istifadə etdiyi "Tomahavak" raketləri S-400 hava hücumundan müdafiə kompleksinin imkanlarını üstələyir. Bu səbəbdən Rusiya S-400-lərdən istifadə etməyib. ABŞ-ın əlində olan bu raketlərə qarşı Rusiyanın əlindəki hava müdafiə sistemlərinin səmərəliliyi təxminən 25 kilometrlik bir radiusla məhdudlaşır. Şayrat hərbi bazası isə Rusiyanın S-400 raketlərindən 200 kilometr aralıda olub.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR