Milli Qəhrəmanla bağlı nazirliyə müraciət edildi

img

08-04-2017 [15:57]


"Sabah "Aprel şəhidi” Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun Neftçala rayonunda il mərasimi keçiriləcək”.

Bu barədə Modern.az-a Neftçala rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vurğun Əkbərov məlumat verib. O, bildirib ki, ötən ilin "Aprel hadisələri” zamanı qəhrəmanlıq göstərən şəhidin adının əbədiləşdirilməsi prosesi artıq həyata keçirilib.

"Neftçala rayonunda küçələrdən birinə Samid İmanovun adı verilib. Yaşadığı evin qarşısında lövhə də asılıb. Sabah qəhrəmanın il mərasimi doğulub boya-başa çatdığı Neftçala rayonunda İcra Hakimiyyətinin iştirakı ilə keçiriləcək. Hətta rayon İcra Hakimiyyəti şəhidin adına məktəb verilməsi ilə bağlı Təhsil Nazirliyi qarşısında vəsatət də qaldırıb. Neftçala rayon İcra Hakimiyyəti olaraq rəsmi şəkildə məktub yazmışıq”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru olmuş Samid İmanov Neftçala rayonunda doğulub. 2016-cı ildə "Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR