Bakı Ticarət Festivalı zamanı ƏDV 5 bankın 15 filialında qaytarılacaq

img

08-04-2017 [13:12]


Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək Bakı Ticarət Festivalı dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 kommersiya bankının 15 filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübəsi nəzərə alınaraq müvəkkil bank qismində "Kapital Bank" ASC, "Bank Silkway" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "YapıKredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC müəyyən edilib.

"Bakı Ticarət Festivalının dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb", - deyə Palatadan qeyd olunub.

Bakı Ticarət Festivalı zamanı Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

AdıFilial və ya şöbəÜnvanYaxın Ticarət Mərkəzi
  • 1
"PAŞA Bank” ASCPort Baku şöbəsiNeftçilər prospekti,53Port Baku TM daxilində
  • 2
"Kapital Bank” ASC"Gənclik Mall” filialıFətəli Xan Xoyski prospekti"Gənclik Mall” TM daxilində
  • 3
"28 may filialı”Azadlıq prospekti, 26"28 Mall” TM yaxın
  • 4
"YapıKredi Bank Azərbaycan” QSC"Nərimanov Metropark” filialıTəbriz küçəsi, 106A"Metropark” TM daxilində
  • 5
Səbail filialıNizami küçəsi, 69"Nərgiz Mall” TM yaxın
  • 6
28 May fililalıRəşid Behbudov küçəsi, 8"Park Bulvar” TM və "28 Mall” TM yaxın
  • 7
"Azərbaycan Sənaye Bankı” ASCBaş ofisZərifə Əliyeva küçəsi, 3"Nərgiz Mall” TM yaxın
  • 8
"Park Bulvar” filialıNeftçilər pr-ti, Dənizkənarı Bulvar"Park Bulvar” TM daxilində
  • 9
"Bank Silkway” ASCBaş ofisHəsən Əliyev küçəsi, 131A"Gənclik Mall” TM yaxın
  • 10
1 №-li filialNizami küçəsi, 142A28 Mall TM yaxın
Hava limanları və dəniz limanının "tax free” bölməsi
  • 11
1 saylı şöbəH.Əliyev Beynəlxalq Hava Limanı, Terminal-1Gömrük keçid məntəqəsindən sonra
  • 12
Gəncə filialıGəncə Beynəlxalq Hava LimanıHava limanında
  • 13
Lənkəran filialıLənkəran Beynəlxalq Hava LimanıHava limanında
  • 14
Mübadilə şöbəsiQəbələ Beynəlxalq Hava LimanıHava limanında
  • 15
Şəhər Dəniz limanında "tax free" bölməsiBakı dəniz limanıGömrük keçid məntəqəsindən sonra



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub