Peterburqda törədilən partlayışda ölən azərbaycanlının meyiti Bakıya gətirilib

img

05-04-2017 [16:55]


Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.
 
APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.
 
Yaxın saatlarda mərhumun meyiti yaxınlarına təhvil veriləcək.  
 
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR