Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

img

05-04-2017 [10:01]


Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ maqnitudası 4,3 bal təşkil edib, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.

----------

08:09

Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR