Ermənistanda seçki: “Exit-pol”un nəticəsi açıqlandı - Hansı partiyalar öndədir?

img

02-04-2017 [21:42]


Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan "exit-poll”un nəticələri açıqlanıb.
 
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, "Erkir media” telekanalının   sifarişi əsasında "Baltic Surveys/The Gallup Organization" şirkətinin keçirdiyi "exit-pol”un nəticələrinə görə, hakim Respublika  partiyası 46  faiz,  "Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə "Yelk” bloku (10%),  dördüncü yerdə isə "Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.
 
"Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR