Jurnalistin aprel şəhidlərinə həsr olunan kitabının I cildi çıxdı – FOTOLAR

img

01-04-2017 [14:32]


Jurnalist Aida Eyvazlı Göytürkün bir il müddətində ərsəyə gətirdiyi "Qalibiyyət- sahidlər və şəhidlər” kitabının 1-ci cildində aprel döyüşlərində şəhid olmuş 45 qəhrəman oğlumuzun həyat səlnaməsi əksini tapıb.

Mia.az-ın məlumatına görə, kitab Azərbycanın Ali Baş komandan, prezident ı İlham Əliyevin "Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüçləri bizim şanlı qələbəmizdir!” –sözləri ilə başlayır.

Kitaba ön sözü Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yazıb. Azərbaycanın 25 illik Müstəqilliyi dövründə yazılan ilk qələbə müjdəli kitabda həm də Vətənimizin döyüş tarixindən, türk dünyasının qəhrəmanlarının barəsində də tarixi faktlar yer alıb.

436 səhifədən ibarət olan kitab şəhidlərimizin ömür yolu, həyat hekayələri onların dostlarının, doğmalarının xatirələri əsasında yazılıb. Kitabda eyni zamanda Lələtəpə, Seysulan, Talış yüksəkliyi barədə maraqlı xatirələr, o döyüşləri və qələbə anını əks etdirən məqamlar, aprel döyüşlərinin dünyada doğurtduğu əks - səda öz əksini tapıb.

Kitabda müəllifin özünün çəkdiyi fotoşəkillər və şəhidlərin həyatından bəhs edən fotolar da var. "Qalibiyyət- sahidlər və şəhidlər” kitabı , həm də Azərbaycanın qəhrəmanlıq tarixini özündə əks etdirən sənədli səlnamədir. Kitab "ÇapArt” Nəşriyyat Evinin mətbəəsində 500 tirajla çap olunub.

Hazırda kitabın II cildinin üzərində iş gedir. Növbəti nüsxədə də aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızın döyüş və həyat yolundan bəhs edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub