Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub

img

30-03-2017 [12:50]


2016-cı ildə istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.

"2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb. Bu, nominal azalmadır. Real azalma daha çoxdur. Çünki, portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin həcmi azalıb. Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub", - deyə R.Aslanlı bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR