Türkiyə Suriyadakı əməliyyatı dayandırdı: "Ankara kürdləri neytrallaşdıra bilmədi, tam əksinə..." - Politoloqdan şərh

img

30-03-2017 [00:04]


"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Türkiyə ordusunun "Fırat qalxanı” əməliyyatının uğurla tamamlandığını açıqladı. Bəli, hərbi baxımdan bu əməliyyatı hardasa uğurlu saymaq olar. Türkiyə Suriyada bir neçə yaşayış mərkəzini terrorçulardan azaz etməklə tampon bölgə formalaşdırdı, sərhədin bir hissəsi nəzarətə götürüldü, bir qisim köçkünün geri qaytıması üçün şərait yaradıldı, Ankaranın dəstəklədiyi Azad Suriya Ordusu güc qazandı".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq siyasi nöqteyi-nəzərdən "Fırat qalxanı” əməliyyatının tam hədəfə çatdığını söyləmək çətindir:

"Çünki Ankara Suriyada silahlı kürdləri neytrallaşdıra bilmədi, tam əksinə terrorçu PKK-nın qolları olan PYD və YPG ABŞ və Rusiyadan aldığı dəstək sayəsində tərəfdarlarının sayını 60 min döyüşçüyə çatdırdı. Bu saya görə PKK-nı da geridə qoydular, gələcəkdə Türkiyəyə problem yaradacaqlar. Türkiyə DAİŞ-in Suriyadakı əsas qalası sayılan Raqqa şəhərinə hücumdan da vaz keçdi. Türkiyənin başqa alternativi yox idi. Bu şəhərin azad olunması uğrunda döyüşdə Türkiyə xeyli hərbçisini itirə bilərdi. Qoy, Raqqa ABŞ, Rusiya və silahlı kürdlərin başağrısı olsun".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR