İcra Hakimiyyətindən məcburi köçkünlərin həyat şəraiti ilə bağlı yeni tədbirlər - FOTO

img

29-03-2017 [19:02]


Xəbər verdiyimiz kimi, martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Həmin müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Nəsimi rayonunda da tədbirlər həyata keçirilir. 

Bu barədə Mia.az-a Nəsimi İcra Hakimiyyətindən məlumat daxil olub.

Bildirilib ki, Nəsimi rayonu ərazisində 2373 ailə olmaqla 8713 nəfər məcburi köçkün məskunlaşıb. Bu ailələrə daim diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları istiqamətində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan "Bakı Tikiş Evi” Səhmdar Cəmiyyətində məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva "Bakı Tikiş Evi” SC-də yeni işə götürülmüş məcburi köçkünlərlə görüşüb. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

"Bakı Tikiş Evi” SC-nin baş direktoru Fidail Rəhimov deyib ki, hazırda müəssisələrində 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR