29-03-2017 [18:19]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İNTERPOL-un və Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Əbu-Dabi şəhərində keçirilən «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirak etmək üçün martın 28-dən Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir.
Mia.az DİN-ə istinadən xəbər verir ki, martın 28-də öz işinə başlayan və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə baş tutan tədbiri giriş sözü ilə ölkənin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan açıb. O, deyib ki, konfrans hüquq mühafizə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək, xüsusən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə əlverişli zəmin yaradacaq.
Dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirlərinin, yüksək vəzifəli polis məmurlarının qatıldıqları konfransda müasir dövrün çağırışlarına, habelə gələcəkdə regional və beynəlxalq təhlükəsizlik üçün yarana biləcək təhdidlərə qarşı birgə mübarizə məsələlərinin, bu istiqamətdə ayrı-ayrı dövlətlərin üzərinə düşən öhdəliklərin, qlobal polis strukturunun müəyyən edilməsinin müzakirəsi nəzərdə tutulub.
Forumda terrorizmə, kibercinayətkarlığa, mədəni irs əleyhinə olan, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi, eyni zamanda, müxtəlif ölkələrin Daxili İşlər nazirlikləri, polis və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və birgə əməkdaşlığın digər aktual problemləri də diqqət mərkəzində olacaqdır.
Beynəlxalq konfrans çərçivəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.
BƏƏ-nin Baş nazirinin müavini, daxili işlər naziri onun dəvətini qəbul edib «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirakına görə azərbaycanlı həmkarına minnətdarlıq edib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Rəsmi dəvətə, səmimi qəbula və başçılıq etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab Ramil Usubov ölkələrimizin başçıları arasında şəxsi dostluq münasibətləri, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində ikitərəfli münasibətlərin xüsusən son illər dinamik şəkildə, uğurla inkişaf etdiyini, bu kontekstdə təqribən 10 il öncə Birləşmiş Ərəb Əmirliklərinə səfərini məmnunluqla xatırladıb, bu səfərin ölkələrimizin anoloji qurumları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Sonra daxili işlər naziri R.Usubov BƏƏ-nin Daxili İşlər Nazirliyi Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsində olub, adıçəkilən qurumun fəaliyyəti və bu ölkənin xüsusi təyinatlılarının texniki təminatı ilə yaxından tanış olub.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov səfər çərçivəsində Dubay şəhərinin polis rəisi Abdulla Xəlifə əl-Mərri ilə də görüşüb.
Görüşdə təhlükəsizliyin və ictimai asayişin təmin olunması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib. Abdulla Xəlifə əl-Mərri daxili işlər nazirinin BƏƏ-yə səfərinin və Dubay polisi əməkdaşlarının təhlükəsizlik kurslarının buraxılışında iştirakından məmnunluğunu bildirib. O, müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsi arzusunda olduqlarını ifadə edib.
Nazir R.Usubov Birləşmiş Ərəb Əmirlikləri polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu, belə görüşlərin birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb.
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"