Daha bir təşkilat sədri Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu - Bəyanat

img

29-03-2017 [17:22]


Gürcüstan-Azərbaycan Tələbələr Birliyinin sədri (GATA) Samirə İsmayılova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib.
 
Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən Mia.az-a daxil olan bəyanatı olduğun kimi təqdim edirik:
 
"Sülh insanlar arasında olan əmin-amanlıq və qardaşlıqdır. Bunlar həyatımızın ən vacib meyarlarıdır. Buna  görə də mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram. 
Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. 

Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Mən sülh təşəbbüslərini dəstəkləyirəm və bu təşəbbüslərin mövcud  münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR