Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi – FOTOLAR

img

29-03-2017 [15:44]


Bakıda polis əməkdaşı sürücünün sürücülük vəsiqəsi ilə yolverilməz şəkildə davranıb. 

Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru qayda pozan sürücünün sürücülük vəsiqəsini deşib. 

Bu barədə sayta Şahin adlı sürücünün özü məlumat verib. 

Onun sözlərinə görə, yol polisi əməkdaşı protokol yazdıqdan sonra onun sürücülük vəsiqəsini də alıb və protokolu vəsiqəyə tikib. Nəticədə vəsiqədə bir neçə deşik əmələ gəlib. Sonrada öz avtomobili ilə xaricə gedən sürücü korlanmış vəsiqəyə görə problemlə qarşılaşıb. Belə ki, xarici ölkənin yol polisi əməkdaşları deşilmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edən soydaşımıza bunun yolverilməz olduğunu bildiriblər. 

Qeyd edək ki, keçmiş SSRİ-də sürücülük vəsiqəsinin deşilməsi ənənəsi mövcud olub. O vaxt bir sıra ağır qayda pozuntularına görə sürücülük vəsiqəsi deşilib və vəsiqəsi üç dəfə deşilmiş sürücülər sürücülük hüququndan məhrum ediliblər. SSRİ dağıldıqdan sonra bu ənənə də tarixə çevrilib. İndiki vəsiqələrdə xüsusi "çip" yerləşdirilib. Bu vəsiqələri deşmək həmin sxemlərin zədələnməsinə səbəb ola bilər.

Qanunvericilikdə də sürücülük vəsiqəsinin deşilməsi nəzərdə tutulmur(Avtosfer.az).

undefined

undefined
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR