DBX bazarda aşkarlanan bu "eşşək əti"nin satışına icazə verdi - ŞOK AÇIQLAMA (VİDEO)

img

29-03-2017 [12:23]


Bakının 8-ci kilometr bazarında leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidməti növbbəti dəfə açıqlama verib.

DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Unikal.org-a bu barədə bildirib ki, sözügedən məlumat yayıldıqdan sonra rəhbərliyin göstərişi ilə dərhal yoxlama aparılıb və nəticələri də məlumdur:

"Sözügedən ətlər sadəcə anti-sanitar vəziyyətdə avtomobillə daşınıb. Heyvan ətləri Nərimanov rayonundan (Montində) kəsim məntəqəsindən gətirilib. Hamısı baytarlıq laboratoriyasından keçmiş iri və xırda buynuzlu heyvan ətləri olub. Ətin tərkibində insan sağlamlığına zərər verə biləcək maddələr aşkarlanmayıb. Buna görə də, sözügedən ətlərin satışına da icazə verilib”.

Baytarlıq rəsmisi vurğulayıb ki, kəsilmiş ətlərin daşınması üçün xüsusi avtomobillər olmalıdır: "Təəssüf ki, ətlər anti-sanitar vəziyyətdə avtomobillə bazara gətirilib. Bazar rəhbərliyinə və satışı həyata keçirən sahibkara belə bir halın təkrarlanmaması ilə bağlı xüsusi xəbərdarlıq edilib”.





Digər xəbərlər
SON XƏBƏRLƏR