Aksiz markasız siqaretlər MÜSADİRƏ EDİLDİ

img

29-03-2017 [10:46]


Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən mia.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50.000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR