28-03-2017 [16:59]
ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev 28 mart 2017-ci ildə Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasınınbirgə təşkil etdiyi "Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.
Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib: "Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: "Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərləhəqiqiqaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur.Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.
İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır.
Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay Quliyev qeyd edib: "Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sğınacaq axtaranlar terrorun qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsasssız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram” .
1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”.
Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqiq edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə qanun pozuntularına səbəb olur. "Qətnamədəki müddəaların bəziləri möbcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”.
Sonda, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə konteksində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb