"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var" - Detallar nədən ibarətdir?

img

27-03-2017 [19:36]


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var".

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. 

"Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr söyləyib.

R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. "Lavrov planı"na dair sualına cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: 

"Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR