27-03-2017 [16:05]
«Martın 24-də Ədliyyə Nazirliyinin Səhiyyə Xidmətində çalışan bir neçə həkim İlqar Məmmədovun yanında olub. Xəstəliyi ilə bağlı müayinələr aparıblar».
Bunu "Azadlıq Radiosu"na REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.
N.Cəfərli deyib ki, müayinə zamanı İ.Məmmədovda osteoxondroz – fəqərə sütunu xəstəliyi aşkarlanıb: «Bizdə olan məlumata görə, Ədliyyə Nazirliyindən gələn həkimlər bu haqda İ.Məmmədovun cəza çəkdiyi müəssisənin rəhbərliyinə də məlumat veriblər».
N.Cəfərlinin deməsinə görə, Ədliyyə Nazirliyində gələn həkimlər İ.Məmmədovun yataq şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu deyiblər:
«Bərk yataq dəsti olmalıdır ki, ən azı ağrıların dərəcəsini azalda bilsin. Bizdə olan xəbərlərə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu şəraiti yaxşılaşdıracağına söz verib».
İcra katibi bildirib ki, martın 25-də İ.Məmmədovun ailə üzvləri onunla görüşüblər. Lazım olan dərmanlar aparılıb, istifadə edilib, səhhətində nisbi yaxşılaşma var:
«Amma bununla belə, Qırmızı Xaç Komitəsinin xətti ilə xarici tibbi mütəxəssisin İ.Məmmədovu müayinə etməsini diqqətdə saxlayırıq. Bu haqda Komitəyə müraciət edilib və ümid edirik ki, bu həftənin sonu bu məsələ də həllini tapacaq».
Penitensiar Xidmətin (PX) mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə İ.Məmmədovun müayinəsinə xarici mütəxəssisin cəlb edilməsi ilə bağlı istəyini belə şərh edib: «Məhkumlar təkcə Penitensiar Xidmətdə fəaliyyət göstərən həkimlərin yox, həmçinin istədikləri mütəxəssislərin müayinəsindən keçə bilər. Yəni, Penitensiar Xidmətin həkimlərinin nəzarəti ilə öz hesabına müalicə edilə bilər, bu, qanunvericiliyin tələbidir».
İlqar Məmmədov ötən həftə ailəsinə zəng vuraraq səhhətinin ağırlaşdığını bildirmişdi. O, xarici həkimlərin müayinəsindən keçmək istədiyini də ailə üzvlərinə çatdırmışdı. Bundan sonra REAL Hərəkatı İ.Məmmədovun bu istəyi ilə bağlı bir sıra beynəlxalq təşkilata müraciət etmişdi.
REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür