Azərbaycana xaricdən qırmanc gətirilməsi iki dəfə artıb - Statistika

img

25-03-2017 [17:53]


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 53 350 ABŞ dolları dəyərində çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, minik atları üçün qamçılar və onların hissələri idxal edilib.

Bu barədə "Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitədən bildirilib ki, ötən ilin ilk iki ayına nisbətən ölkəyə idxal edilən bu məhsulların həcmi 23 990 ABŞ dolları yaxud 81,71% (1,8 dəfə) artıb.

Qeyd edək ki, həm ötən il, həm də bu il adıçəkilən mal növlərindən heç biri ixrac edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR