Azərbaycanın milyonçu qızlarının harın həyatı - VİDEO

img

24-03-2017 [22:16]


Azərbaycanın zəngin övladları yenidən Türkiyə mətbuatının gündəminə gəliblər. Türkiyənin bəzi saytları azərbaycanlıların zəngin həyatlarını əks etdirən yeni fotolar paylaşıblar.

Mia.az "Milliyet”ə istinadən xəbər verir ki, bu barədə xəbərlər "Azərbaycanın zəngin uşaqları ABŞ-dan olan rəqiblərinə meydan oxuyur” başlığı ilə yerləşdirilib.

Müntəzəm olaraq İnstagramda paylaşdıqları ilə gündəmə gələn Azərbaycanın zəngin övladları yenə lüks həyatları, istirahətləri ilə diqqət çəkə biliblər.

Bu dəfə də paylaşılan fotolar arasında üstünlüyü qızlar, hədiyyələr təşkil edir.

Qeyd edək ki, dünən də Türkiyə mətbuatı "Azərbaycanın varlı uşaqları” başlıqlı yazı paylaşılıb.

Yazıda milyonçu övladlarının dəbdəbəli həyatını əks etdirən fotolar yer alıb.

Məqalədə "Rich Kids of İnstagram” adıyla ABŞ-da başlayan və bütün dünyaya yayılan bu adət indi də Azərbaycanda qarşımıza çıxdı” sözləri yazılıb.

Həm köhnə, həm də yeni fotoları təqdim edirik:




Digər xəbərlər
SON XƏBƏRLƏR