"Konkret addımlar atacağıq" - Partiya sədrindən mitinq mesajı

img

24-03-2017 [19:19]


Milli Şuranın mitinq barədə müzakirəsi cəmiyyətdə geniş müzakirə olunmağa başlayıb. Təbii ki, qurumun bu qərarına birmənalı münasibət sərgilənmir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirib ki, istənilən halda Azərbaycanda küçələrə ən çox qüvvə çıxara biləcək partiya onlardır:

"Azərbaycan demokratik ölkədir. Partiya və qurumlar da hər zaman konstitusion hüquqlarından istifadə edərək ölkədə mitinq və digər kütləvi tədbirlər keçirib. Milli Şura da yenidən bu barədə müzakirələrə başlayıb. Mən hesab edirəm ki, onlar bu barədə bizim də mövqeyimizi öyrənməli idilər. Milli Şura partiya və fərdi şəxslərin birləşdiyi bir qrum olsa da, bizim gücümüz də bu gün bütün partiya və qurumlardan üstündür. Kimsə fikirləşməsin ki, aksiyalara bizdən çox adam çıxara bilər. Bizdə olan son məlumatlara görə ölkədə ciddi qarşıdurmalar baş verə bilər. Biz Müasir Müsavat Partiyası olaraq ayıq-sayıq olub hər zaman dövlətçiliyimizi müdafiə edəcəyik. Biz də etiraz aksiyalarına hazırlaşırıq. Milli Şuradan fərqli olaraq bizim etirazımız ölkəni bu günə salan rüşvətxar məmurlara qarşı olacaq. Bizim mitinqimiz dövlətçiliyin möhkəmlənməsinə xidmət edəcək. Aprel ayının 15 və 16-sı partiyamızın siyasi şurasının növbəti toplantısı olacaq. Orada qəbul olunacaq qərarlardan sonra biz konkret addımlar atacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR