Rusiya Milli Qvardiyasına hücumu İŞİD təşkil edib? – Yeni iddia

img

24-03-2017 [19:22]


İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.
 
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə "SITE Intellegence Group” xəbər yayıb. 

"SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.
 
Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR