“Moskva Qarabağda münaqişəni qızışdırır, Ermənistanı...” - Amerikalı generaldan sərt bəyanat

img

24-03-2017 [18:45]


ABŞ Silahlı Qüvvələrinin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kurtis Skaparotti Senatdakı dinləmələrdə Rusiyanı Dağlıq Qarabağda sabitliyi pozmaqda ittiham edib.

Bu barədə məlumat ABŞ-ın Avropa Komandanlığının saytında yayımlanıb. Amerikalı general qeyd edib ki, Rusiya dünyadakı sabitliyi pozur, xüsusilə Dağlıq Qarabağda.

"Rusiya post-sovet məkanında münaqişələrin nizamlanmasına mane olur. Moskva Ermənistanı və Azərbaycanı silahlandıraraq, Qarabağ münaqişəsində qızışdırıcı rol oynayır. Rusiya ATƏT-in həmsədr ölkəsi olaraq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir, lakin Moskva Ermənistan ərazisində hələ də hərbi bazasını saxlamağda davam edir”, - deyə general bildirib.

Amerikalı general Rusiyanın Balkanların NATO-ya inteqrasiyasının qarşısını almaq üçün 2016-cı ildə Bosniya-Herseqovina və Çernoqoriyadakı siyasi proseslərə açıq şəkildə qarışdığını vurğulayıb.

O, Moskvanın Ukrayna və Gürcüstanı təhdid altında saxıladığını da diqqətə çatdırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR