24-03-2017 [13:12]
Arif ƏLİYEV, [email protected]
Ayna.az saytı
Biri var idi, biri yox idi. Az qala bir əsr bundan əvvəl, 1919-cu ilin qışında Bakıda Xanmirzə Məlikəhmədoğlu adında bir əsgər yaşayırdı. Xanmirzə 1-ci Tatar süvari alayında xidmət edirdi.
O zaman milli ordu yenicə yaranırdı, nəinki xidmətinə sədaqət və vicdanla yanaşan, hətta tüfəng ata, qılınc oynada bilən hər əsgər qiymətliydi. Çar Rusiyasında azərbaycanlıları əsgər aparmırdılar, ona görə belələrini tapmaq asan deyildi. Üstəlik, nəyə əl uzatsan, qıtlıq hiss olunurdu: alayda hər iki süvariyə bir at, bir tüfəng, bir qılınc, hər üç ata bir yəhər düşürdü. Paltar çatışmırdı, şinel olmadığı üçün qışda 600-dən çox süvariyə vur-tut 250 ləzgi şalı paylanmışdı. Ayaqqabı ehtiyatı yoxuydu. Keçmiş rus ordusundan qalmış bütün əmlak
Ermənistanda və Gürcüstanda cəmlənmişdi. Azərbaycanın bu əmlakın bir hissəsini münasib qiymətə satın almaq istəyinə Tiflisdən cavab gəlməmişdi. Ona görə də anbarlarda olan azacıq dəri və altlıqlar hərbi nazirin əmri ilə əsgərlərə paylanmışdı ki, onlar özlərinə çəkmə, ya çarıq tikdirə bilsinlər. Hətta özü ilə paltar gətirən çağırışçılara köhnə şinelə, şalvara, ayaqqabıya görə pul da verilirdi…
Fevral ayında Xanmirzə alay komandirindən icazə alıb Saray kəndinə xəstə anasına baş çəkməyə getdi. Necə oldusa, əsgər evlərində keçindi. Amma ölümündən əvvəl anasından xahiş etdi ki, dərdi nə qədər ağır olsa da, unutmasın, dəfndən sonra libasını hərbi hissəyə qaytarsın.
Xəstə ana oğlunun vəsiyyətini yerinə yetirdi. Gözətçilər əsgər paltarı və çəkmələrini bağrına basıb hərbi hissənin qarşısında ağlayan yaşlı qadını görəndə dərhal növbətçi zabitə xəbər verdilər…
Bu əhvalatı müdafiə naziri Səməd bəy Mehmandarova danışırlar. Nazir mərhumun kimliyi, alayda necə xidmət etməsi ilə maraqlanır. Öyrənir ki, Xanmirzə Məlikəhmədoğlu nizam-intizamı, təmizliyi, çalışqanlığı ilə fərqlənirmiş. Süvarinin öz ordusuna sədaqəti və onun yaşlı anasının hərəkəti Mehmandarovu çox təsirləndirir. Mart ayının 3-də nazir ordu üzrə 130 saylı əmr imzalayır.
Həmin əmr bu cümlələrlə bitir:
«Belə bir süvarinin ölümü xidmət etdiyi hissə üçün böyük itkidir. Hamının diqqətini bir məsələyə cəlb edirəm ki, ölüm anına qədər Xanmirzə Məlikəhmədoğlu bütün xidməti əmlakı öz hissəsinə qaytarmağa borclu olduğunu unutmamışdı. Onun qoca anası isə, çox kasıb olmasına baxmayaraq, oğlunun iradəsini yerinə yetirməyə imkan tapmışdı. Allah bizim Vətənimizə belə təmiz insanlardan daha çox qismət eləsin».
Milli təsisatlarımızın hansı çətin şəraitdə, necə böyük fədakarlıqlar hesabına yaradıldığına dəlalət edən bu əmri oxuduqdan sonra mən iki hərbi yürüşün, üç müharibənin od-alovundan keçmiş 64 yaşlı artilleriya generalını, «Port-Artur qəhrəmanı»nı kövrəldən əsgərin qəbrini ziyarət etmək istədim.
Aramsız yağan qar kəsən kimi tarixçi dostum professor Sadıqovu və onun ərəb əlifbasını bilən saraylı tələbəsini götürüb kəndə getdim.
İcra hakimiyyətinin və Saray bələdiyyəsinin nümayəndələri «məsələni araşdırmaq» üçün bizdən vaxt istədilər. Həqiqətən, araşdırmağa çalışdılar, ancaq sənədlərdə bir iz tapa bilmədilər.
Kənd ağsaqqalları da kara yetmədilər. Əslində, «köklü-köməcli» saraylı tapmaq burada o qədər asan deyildi: 1950-ci illərin torpaq sürüşməsindən sonra kənd tarixi yerindən 3-4 kilometr cənub-şərqə köçürüləndə yerli əhalinin əksəriyyəti başqa qəsəbələrə, şəhərlərə dağılmışdı.
Hərbçilər demiş, «şəraiti qiymətləndirəndən» sonra başa düşdüm ki, bircə ümidimiz — professorun ərəb əlifbası bilən tələbəsi qalır. Ağsaqqalların da məsləhət gördüyü kimi, köhnə qəbristanlığa üz tutdum.
Qədim qəbristanlıq Saraydan xeyli aralı – təpənin üstündə yerləşirdi. Ora aparan enli cığır (yol deməyə dilim gəlmir) bomba dağıtmış səngəri xatırladırdı. Cığırın tən ortasında bu yerlərə necə düşdüyü bilinməyən marşrut avtobusu batıb qalmışdı. Maşının qabaq təkərləri içi lığla dolu «səngərə» düşmüşdü. Tank kimi nərildəyən sarı traktor avtobusun sağına-soluna keçir, onu dartışdırır, batdaqdan çıxarmağa çalışırdı. Mənim «KİA»m traktor-tankın inadlı həmlələrinə dözməzdi, onu kənara çəkib təpəyə piyada qalxmağı qərarlaşdırdıq.
Biz bir qəbirdən o birinə keçir, professor Sadıqovun tələbəsi baş daşlarının üstünə yazılmış adları və tarixləri höccələyirdi, lakin buna heç də həmişə müyəssər olmurdu: yazıların bəzilərini zaman pozmuş, bəzi baş daşları yerə batmışdı. Bəzi qəbirlərin isə yanları açılmışdı. Yazıya baxmaq üçün əyilən professorun ayağının altında qar çökdü və o, belə qəbirlərdən birinin içinə yuvarlandı. Köməkləşib çıxardıq, üst-başını təmizlədik. Axtarışı yarımçıq qoyub kəndə qayıtdıq.
Təpədən enəndə professor qolumdan yapışıb: «ora bax», dedi. Arxaya döndüm. Lap yuxarıda, sonuncu məzarın yanında məktəb yaşlı uşaqlar qardan adam boyda Şaxta baba düzəldirdilər. Şaxta baba gülürdü, ağzı qulaqlarının dibinə qədər uzanmışdı.
Sən demə, qəbristanlıq o qədər də kimsəsiz deyilmiş. Qar dalınca uşaqlar buralara da gəlib çıxıblarmış…
Sarayda bələdiyyə işçiləri, ağsaqqallar söz verdilər ki, əsgərin ailəsi haqqında nəsə öyrənə bilsələr, zəng edib xəbər çatdıracaqlar, telefon nömrəmizi götürdülər.
***
O gündən bir ay vaxt keçirdi. Moskvaya tələbə dostlarımla görüşməyə getmişdim. Hərdən yığışırıq: ya onlar gəlir, ya mən keçmiş SSRİ-nin paytaxtına uçuram. Moskvada dostlarım günümü belə planlaşdırmışdılar: əvvəl Puşkin muzeyində impressionistlərə baxırıq, sonra «alma-mater»ə gedirik, fakultəni gəzirik, Lomonosovun heykəlinin qarşısında şəkil çəkdiririk, restoranda otururuq, gecəni Şeremetyevo yaxınlığındakı isti və rahat bir bağda keçiririk, səhər isə hamılıqla məni aeroportdan yola salırlar.
Puşkin muzeyində basırıq idi. Növbədə dayanıb gödəkçələrimizi verdik və ikinci mərtəbəyə qalxdıq.
İmpressionistləri sevirəm: Deqa, Mone, Renuar, Sezann, Pikasso, Van Qoq, Qoqen, Matis, Tuluz-Lotrek… Hətta iş otağımda da divardan Elçin Şıxlının verdiyi «Mavi rəqqasələr» (Deqa) rəsmi asılıb.
Amma Puşkin muzeyində məni bu rəqqasələrdən də çox heyrətləndirən səhnənin şahidi oldum. Üç zalda müxtəlif yaş qruplarına aid şagird topaları ilə rastlaşdım. Uşaqlar dərs keçirdilər: kimi ayaq üstə, kimi parket döşəmədə oturub müəllim-bələdçiyə qulaq asırdı. Təsəvvür edin ki, onlardan biri görmə qabiliyyəti zəif olan, digəri kadet korpusunda oxuyan uşaqlar qrupu idi. Müəllim əsərlərin müəllifləri, rəsmlərin tarixçələri, onların əks etdirdiyi dövrün xüsusiyyətləri haqqında həvəslə danışırdı…
İzi-tozu itmiş Xanmirzə Məlikəhmədoğlu, qədim qəbristanlıqda gördüyüm uşaqlar, muzeydə dərs keçən kadet şagirdlər xəyalımda bir assosiativ cərgəyə düzüldülər. Fikirləşdim ki, sovet illərində keçən uşaqlığımızın çətinlikləri olduğu kimi, çox maraqlı və indikindən fərqli, hətta üstün cəhətləri də var idi. Məsələn, bizim məktəbdə «Qırmızı ləpirçilər» dəstəsi yaradılmışdı. Biz o dəstədə oğlanlı-qızlı nəinki yaxın hərb tariximizi öyrənir, onu bərpa etməyə çalışırdıq. İkinci Dünya müharibəsində (o zaman «Böyük Vətən müharibəsi» deyirdik) həlak olmuş, harada dəfn edildikləri bilinməyən azərbaycanlı hərbçilərin qəbirlərini axtarırdıq, adsız məzarlarda kimlərin yatdığını müəyyənləşdirməyə çalışırdıq, əsgər qəbirlərinə qulluq göstərirdik.
İndi başqa dövrdür, tarix də başqa tarixdir. Nə olsun?! Adlarını da bilmədiyimiz şəhidlərimiz (yenə «Yalama qəhrəmanları» yadıma düşür), Xanmirzə Məlikəhmədoğlunun qəbri kimi itmiş, yaxud kimsəsiz əsgər məzarları o vaxtkından azdırmı?! Maşallah, uşaqlarımızın da sayı artıb, millət böyüyüb.
Bu böyümüş millətin Müdafiə və Təhsil nazirliklərinə bir təklifim var. Gəlin, Azərbaycan Xalq Cümhurriyyətinin yüzilliyi ərəfəsində məktəblərdə həmin hərəkatı dirçəldək. Qazancımız çox olar. Həm uşaqlar hərb tariximizi öyrənərlər, həm əsl vətənpərvərliyin nə olduğunu bilərlər, həm də indidən xeyirxah əməllərə alışarlar.
Yoxsa, biz belə iş üçün artıq bir az ağırlaşmışıq. Qəbrə yuvarlanırıq.
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"