"Rusiya Avropanı parçalamaq imkanı əldə edəcək, əgər..." - “Stratfor”un vitse-prezidenti

img

24-03-2017 [11:43]


"Almaniya və Fransada keçiriləcək seçkilər Avropanı tam dəyişdirə bilər".

Bunu Ukrayna mətbuatına açıqlamasında "Stratfor” analitik şirkətinin vitse-prezidenti Reva Qujon söyləyib.

"Əgər Fransadakı parlament seçkisində ultrasağçıların lideri Marin Le Pen qalib gəlsə, Rusiya Avropanı parçalamaq imkanı əldə edəcək. Moskvanın əlinə böyük imkanlar düşəcək. Nəticədə Rusiyaya qarşı sanksiyalar blokadası dağıdılacaq. 

Almaniyada isə Angela Merkel yenidən kansler olacaq. Lakin bu dəfə hakimiyyətə daha kövrək koalisiya gələcək və Avropanın taleyi onların əlində qalacaq. Rusiya koalisiyadakı müttəfiqləri ilə birgə irəliyə doğru addımlayacaq. Nəticədə Avropa siyasətindəki birlik dağılacaq. Əgər Fransa və Almaniya bir-birindən uzaqlaşsa, Avropa Birliyinin fundamenti dağılacaq”, – deyə, o, bildirib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR