23-03-2017 [20:15]
Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi"nin (EMK) lideri Levon Ter-Petrosyan EMK və EXP seçki blokunun proqramını təqdim edərək bildirib ki, xalq hakimiyyətdən Qarabağ probleminin həllini tələb etməlidir.
Ter-Petrosyan "Azadlıq” radiosuna Qarabağ probleminin həlli ilə bağlı aşağıdakı diqqətçəkən və gözlənilməz açıqlamaları da verib:
"Hakimiyyəti xalq seçib, o yalnız bir şeyi tələb etməlidir: bu problemi həll edin, bizim bədbəxtliklərimizə, bizim əzablarımıza, sərhədlərdə bizim uşaqlarımızın gündəlik həlak olmasına son qoyun. Ermənistanın və Azərbaycanın xalqları öz hakimiyyətlərini barışığa getməyə məcbur etməlidir. Və mən bu ideyanın, əgər belə demək olarsa, ən fanatik məddahıyam. Əgər bu edilməyəcəksə, heç bir həll olmayacaq.
İndi danışarkən nə deyirlər? Deyirlər ki, qoy əvvəlcə Azərbaycan Qarabağın müstəqilliyini tanısın, biz ərazini sonra qaytaracağıq. Bunu necə siyasi düşüncə hesab etmək olar? Serj Sarkisyan gedib deyə bilər ki, "cənab Putin, cənab Tramp, cənab Olland, mən tələb edirəm?..”. Ona sadəcə gülərlər".
Levon Ter-Petrosyanın fikrincə, 1988-ci ildən bəri Qarabağ qədər əhəmiyyətli məsələ yoxdur və bu məsələ səsvermə vaxtı seçicilər üçün də həlledici olmalıdır.
Azərbaycan tərəfinə ərazi güzəştləri haqda danışarkən Ter-Petrosyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın nəzarət altında olan rayonlarını "azad edilmiş”, "tarixi”, "müqəddəs” və s. adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal edilmiş hesab edir.
"Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara veririk, biz BMT-nin və ATƏT-in tələblərini yerinə yetirməliyik”, - deyə siyasətçi vurğulayıb.
L.Ter-Petrosyanın fikrincə, o fakt ki, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə və təhlükəsiz mövcudluğu hüququ haqda sənədlərdə əks olunur, bu, artıq Bakı tərəfindən böyük güzəştdir.
Siyasətçi xatırladıb ki, Azərbaycan ümumiyyətlə belə muxtariyyətin mövcudluğuna qarşı idi.
Ter-Petrosyan danışıqlarda Ermənistanla quru əlaqəsini təmin edən Laçın dəhlizi üzərində nəzarətin Qarabağ tərəfində saxlanılması haqda bəndi ermənilərin daha bir əhəmiyyətli qələbəsi adlandırıb.
Bundan başqa, Bakı şərt qəbul edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan bu razılaşmaların yerinə yetirilməsinə zamin olurlar: "Beləliklə, əgər Azərbaycan razılaşmaları pozacaqsa, Ermənistan məsələyə qarışmaq hüququna malik olacaq, yəni, biz artıq qanuni olaraq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantı oluruq".
Ter-Petrosyanın hesablamalarına görə, indiki proseslər güman etməyə əsas verir ki, münaqişənin nizama salınmasına ən yaxın vaxtda nail olmaq mümkün olacaq.
Virtualaz.org
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi