Türkiyə ilə Rusiya arasında gərginlik - Rus diplomat XİN-ə çağırıldı, açıq xəbərdarlıq edildi

img

23-03-2017 [14:55]


Rusiya səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Hüseyn Müftüoğlu açıqlama verib.

O bildirib ki, dəvətin səbəbi PKK-nın Suriya qolu olan PYD-nin nəzarətində olan Afrin şəhərində Rusiya hərbçilərinin terroristlərlə birgə görüntülənməsi və orada tədbirdə şənlənmələrinin əks olunmasından narahatlıq ifadə olunub: 

"Rusiya səfirinin müşaviri XİN-ə çağırıldı, bu narahatlıq ifadə olundu. Eyni zamanda, PYD-nin Moskvadakı ofisinin qapadılması tələb olundu. Çox açıq şəkildə izah olundu ki, belə hərəkətlər davam edərsə, Türkiyə PYD-yə artıqlaması ilə sərt cavablar verəcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR