London terrorunun son xəbəri - 4 ölü, 40 yaralı var, 7 nəfər həbs olundu - FOTOLAR

img

23-03-2017 [14:08]


London terrorunda ölənlərin sayı 4-ə çatıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 40 nəfər yaralanıb. Yaralılardan 29-u xəstəxanadadır. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Xatırladaq ki, terror aktı dünən Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verib. 2 silahlı şəxs maşınını insanların üzərinə sürüb, daha sonra da atəş açıb.

Parlamentin yaxınlığında isə bıçaqla polislərin üzərinə hücum edilib. Terrorçulardan biri hadisə yerində öldürülüb.

Hadisə ilə bağlı 7 nəfər şübhəli şəxs qismində həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR